Haqqımızda

OtoMED Eşitmə Mərkəzi peşəkar həkimlər tərəfindən ən qabaqcıl texnologiyalardan istifadə etməklə pasientlərin qəbulunu həyata keçirir və onların ümidini doğrultmağı bacarır.

Mərkəzimizdə Almaniya, Danimarka və Rusiya istehsalı olan innovativ eşitmə cihazlarını sərfəli şərtlərlə əldə etmək mümkündür. Hər pasient üçün individual, qulaqiçi eşitmə cihazları sifariş əsasında hazırlanılır.

Vacib olan nədir?

Eşitməmizdə olan çətinlikləri həyatımıza təsir etməyə başlayana qədər fərqinə varmaya bilərik. Bir şəxs – həmkarlarının, dostlarının və ya ailə üzvlərinin nitqini başa düşmək və ya səsləri eşitməkdə çətinlik, həyatın vacib anlarını əldən verə bilər. Qeyd etmək lazımdır ki, eşitmə problemləri həmişə müxtəlif səbəblərdən yarana bilən xəstəliyin mütərəqqi formasıdır. Buna görə də, bir mütəxəssisə vaxtında müraciət etmək bu vəziyyətdə ən düzgün qərar olacaqdır.

Xidmətlər

Previous
Next

Cəmi 5 dəqiqə ərzində onlayn, eşitmə testindən keçin

1. Testdən öncə bir neçə suala cavab verin *(mütləq deyil)

2. Sağ və sol qulaqların müxtəlif səslər vasitəsi ilə onlayn testdən keçin

3. Əldə etdiyiniz cavaba görə, mütəxəssisə ehtiyac olub olmamasını öyrənin

Bəs hansı eşitmə cihazları mövcuddur?

Analoq siqnalları rəqəmsal siqnallara çevirir, sonra kompüter texnologiyasından istifadə edərək onları emal edir. Gücləndirici əvəzinə üç elementdən ibarət inteqral elektron sxemə malikdir.

Üç əsas hissədən ibarətdir: mikrofon, elektron gücləndirici və telefon. Mikrofon mexaniki səs vibrasiyalarını qəbul edir və onları gücləndiricinin verdiyi analoq elektrik siqnallarına çevirir. Orada onlar gücləndirilir və telefona ötürülür, bu da gücləndirilmiş elektrik siqnallarını yenidən səs titrəyişlərinə çevirir və onları qulağa çatdırır.

Tamamilə qulaq kanalına yerləşdirilir. Bütün elektron komponentlər sahibinin qulağının anatomik quruluşuna uyğun olaraq fərdi şəkildə hazırlanan cihazın korpusunda yerləşir. Qurğunun əsas üstünlüyü onun gözə çarpmaması və səs qulaq daxili dəliyin içərisində, yəni təbiət tərəfindən təmin edildiyi yerdə yerləşməsidir.

Qulağın arxasına yerləşdirilir. Səs keçirici borunun köməyi ilə ona qulaq qəlibi yapışdırılır və qulaq kanalına daxil edilir. Qulağa səs ötürür və cihazın fiksasiyasını təmin edir. Qulaq arxasında olan eşitmə cihazları qulaqdaxili eşitmə cihazları ilə müqayisədə daha çox gücləndirmə və əlavə funksiyalar təmin edir.

Qeyd etmək lazımdır ki, sadalanan cihaz növləri əsas qruplar üzrə təqdim olunmuşdur. Müayinə zamanı hər bir şəxs üçün individual qaydada seçim aparılır, və həmçinin proqramlaşdırılan və ya proqramlaşdırılmayan cihaz seçimi mümkündür.

Məqalələrimiz

Bizə yazın

    Eşitmə Mərkəzi

    N. Nərimanov, Təbriz küç., 94

    info@otomed.az

    +994 (12) 310-24-34

    Eşitmə Mərkəzi və Optika 

    Binəqədi r-nu, 8 mkr., Cəfər Xəndan küç, 13

    info@otomed.az

    +994 (12) 310-24-34

    Əlavə imkanlar

    Çata başla
    Otomed.az
    Salam,
    Sizə necə kömək edə bilərik?